Milli Məclisin iclası başladı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin iclası başladı

Siyasət

09 Aprel 2020 11:04 576


Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Yenisabah.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Öncə Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq. Toyuqlu pizza

Daha sonra isə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Bundan əlavə, "Milli Məclis deputatının statusu haqqında", "Milli Məclisin Daxili Nizamnaməsi"nə, "Milli Məclisin komitələri haqqında" "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunlarına dəyişiklik layihələri II oxunuş müzakirəyə çıxarılacaq.

İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!