Milli Məclisin  iclası başladı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin iclası başladı

Siyasət

07 Avqust 2020 11:18 608


Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.

Yenisabah.az xəbər verir ki, toplantıya spiker Sahibə Qafarova sədrlik edir.

İclasda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi sonuncu oxunuşda müzakirə olunur.  pizza sifarişi

Bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!