Milli Məclisin ilk iclası qapalı keçiriləcək - Səbəb bu imiş... 

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin ilk iclası qapalı keçiriləcək - Səbəb bu imiş... 

Siyasət

23 Sentyabr 2024 09:47 1024


VII Çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün qapalı formada keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək. 

İclasda hər hansı fikir ayrılığının yaşanacağı gözlənilməsə də, KİV əməkdaşlarının prosesi müşahidə etməsi məqbul sayılmayıb.  Marqarita pizza

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!