Milli Məclisin işçiləri hər gün tibbi müayinədən keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin işçiləri hər gün tibbi müayinədən keçiriləcək

Siyasət

18 Mart 2020 16:44 515


Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Parlamentin Sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında qeyd edilib.

Sərəncama əsasən, Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilməlidir.  pizza mizza

Bundan başqa, qurumun İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin edəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!