Milli Məclisin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

Siyasət

29 İyun 2025 16:30 302


Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Buna səbəb Rusiyanın Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır. Toyuqlu pizza

Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!