Milli Məclisin rəhbərliyi “yaşlandı”

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin rəhbərliyi “yaşlandı”

Siyasət

24 Sentyabr 2024 09:29 1063


Dünən 1 sentybarda keçirilmiş növbədənkənar seçkilərlə formalaşmış VII çağırış Milli Məclisin rəhbərliyi formalaşıb.

“AzPolitika” xəbər verir ki, spiker Sahibə Qafarova postunu qorusa da müavinləri yeni şəxslərdir, habelə parlament rəhbərliyində daha bir sədr müavini vəzifəsi yaradılıb.

Beləliklə, Yeni Azərbaycan Partiyası parlament sədrinin birinci müavini postuna Əli Əhmədovun, müavin vəzifəsinə isə Ziyafət Əsgərovun namizədliyini irəli sürüb. Parlament müxalifətindən VHP üzvü Rəfael Hüseynov, bitərəflərin nümayəndəsi kimi Musa Qasımlı sədarətə qalxıb. pizza

Milli Məclisə rəhbərlik edəcək heyət kifayət qədər parlament təcrübəsinə malikdirlər. Belə ki, spiker Sahibə Qafarova 4, birinci vitse-spiker Əli Əhmədov 4, Rəfail Hüseynov 6, Ziyafət Əsgərov 5, Musa Qasımlı isə 4-cü dəfə Milli Məclisin üzvü seçiliblər.

Onların arasında yaşca ən kiçik Ziyafət Əsgərovdur, onun 61 yaşı var. Musa Qasımlı 67, Rəfail Hüseynov 70, Əli Əhmədov 71, Sahibə Qafarova isə 69 yaşındadır.

Beləliklə, VI-cı çağırış parlamentin sadərəti ilə müqayisədə yeni rəhbərlik bir qədər “yaşlanıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!