Milli Məclisin sabiq deputatı yeni hərəkat yaradır

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin sabiq deputatı yeni hərəkat yaradır

Sosial

02 Dekabr 2019 13:27 1062


Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis olunur.

“Yeni Sabah” xəbər verir ki, sabiq millət vəkili Ceyhun Osmanlı APA-ya bildirib ki, hazırlıq işlərinin aparılması ilə bağlı artıq təşkilat komitəsi yaradılıb.

“Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”, - deyə C. Osmanlı qeyd edib. pizza

O, bildirib ki, ölkədə gedən yeni islahatlar konsepsiyasının uğurla icrasına və yeni dünya nizamında Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönələn kursa töhfə vermək Hərəkatın əsas məramlarındandır.

“Avropa Yaşıllar Hərəkatı və Qlobal Yaşıllar Hərəkatı ilə əməkdaşlıq da qarşıda duran planlar sırasındadır”, - deyə C. Osmanlı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!