Milli Məclisin sədri Roma Papasının dəfnində iştirak etmək üçün İtaliyaya yollandı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin sədri Roma Papasının dəfnində iştirak etmək üçün İtaliyaya yollandı

Siyasət

25 Aprel 2025 19:24 377


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti aprelin 25-də Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edib.

Milli Məclisdən Yenisabah.az-a verilən məlumata görə, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.

Milli Məclisin sədri aprelin 26-da Santa Mariya Maccore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!