Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi

Siyasət

04 Aprel 2020 19:56 797


Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

Bu barədə Yenisabah.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda təşkilatı məsələlərə baxılib. İlk iclasa sədrlik edən Komissiyanın üzvü Nizami Cəfərov “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq birinci iclasda Komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirilib. pizza mizza

Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürüb. Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləmişlər.

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!