Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt bilindi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt bilindi

Siyasət

29 Aprel 2020 22:21 965


“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.  /Report pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!