Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyənin mühacirlərlə bağlı xalq yönümlü siyasət yürütdüyünü ifadə edərək, "Türkiyənin bu mövzuda göstərdiyi səylər daha çox dilə gətirilməli, təqdir edilməli və dəstəklənməlidir. Türkiyəyə yükün bölüşdürülməsi baxımından lazımi dəstək verilməlidir", - deyib.
Yenisabah.az xəbər verir ki, xanım spiker Türkiyəyə miqrant razılaşmaları çərçivəsində yükün paylaşılması mövzusunda lazımi dəstək verilməlisinin vacib olduğunu bildirib.
Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (PAB) İstanbulda birgə təşkil etdiyi “Qlobal Parlament Miqrasiya Konfransı” çərçivəsində “Beynəlxalq İdarəetmə Standartları, Qlobal Müqavilələr və Qlobal Siyasət Gündəmləri: Məqsədlər”, Öhdəliklər, İcrada irəliləyiş və çatışmazlıqlar” mövzusunda görüş təşkil olunub. Dördpendirli pizza
PAB Rumıniya Nümayəndəliyinin rəhbərinin müavini Silvia-Monica Dinicanın moderatorluğu ilə keçirilən görüşdə çıxış edən Qafarova Türkiyənin son 10 ildə miqrasiya idarəçiliyində mühüm rol oynadığını bildirib.
O qeyd edib ki,millət vəkillərinin miqrasiya və mühacirlərlə bağlı mühüm vəzifələri var: “Biz millət vəkilləri olaraq bu məsələdə hökumətlərimizə kömək etməliyik ki, bu proses daha yaxşı idarə olunsun”.
Telegram kanalımız