Milli Parkda elektron skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Milli Parkda elektron skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

Hadisə

26 May 2024 19:20 875


"Milli Parkda elektron skuterdən yıxılan qız qapalı kəllə-beyin travması alıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Dənizkənarı Bulvar ərazisindən 25 may tarixində saat 15:18-də 13 yaşlı şəxsin (cinsi qadın) yıxılması səbəbi ilə çağırış daxil olub. Toyuqlu pizza

"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə, 13 yaşlı şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub".

Xatırladaq ki, ötən gün Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!