“Milli Prioritetlər yeni inkişaf istiqamətlərini müəyyən edir“   - Mikayıl Cabbarov

saytların hazırlanması

Evə çatdırılma

“Milli Prioritetlər yeni inkişaf istiqamətlərini müəyyən edir“ - Mikayıl Cabbarov

İqtisadiyyat

10 Fevral 2021 12:11 724


Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər - yeni inkişaf istiqamətlərini müəyyən edir.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" hesabında qeyd edib.

İqtisadiyyat naziri bildirib ki, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən strateji dövrdə iqtisadi artım dövlətimizin qüdrətinin daha da artırılmasına möhkəm zəmin yaradacaq. pizza

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!