Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyi açıldı

Sosial

08 Avqust 2025 14:04 294


Samuxda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirə muzeyinin açılışı olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Milli Qəhrəmanın doğum günü münasibətilə ailəsi onun xatirəsini əbədiləşdirimək üçün Samux rayonunun Alıuşağı kəndində yaşadığı evin həyətində muzey yaradıb.

Hökumə Əliyevanın yaxınları tərəfindən inşa edilən muzeydə onun həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, şəxsi əşyalar və digər yaddaş materialları sərgilənib. Sezar pizza

Ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayarkən həlak olan 38 nəfərin arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva da olub. Dekabrın 29-u isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər üç ekipaj üzvünə Milli Qəhrəman adı verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!