Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olundu

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olundu

Sosial

07 Noyabr 2019 18:59 1307


Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub.

"Yeni Sabah" xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbir iştirakçıları rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailə üzvləri ilə görüşüblər. pizza hut

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb.

M.İbrahimovun atası Ağakərim İbrahimov Prezident İlham Əliyevin tapşırığına əsasən inşa olunmuş Mübariz İbrahimovun Xatirə Muzeyinə, onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

Sonra məktəblilərin hazırladığı şeirlər dinlənilib. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!