“Milli Şuranın qapalı iclasından yayılan videogörüntülərə əsasən demək olar ki, orada qeybət xarakterli müzakirələr aparılır”.
Bu sözləri Yenisabah.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Milli Şuranın Koordinasiya Mərkəzinin qapalı iclasından yayılan və son günlər müzakirələrə səbəb olan videogörüntülərə münasibət bildirərkən deyib.
AVP sədri əlavə edib ki, bu görüntülərlə Milli Şuranın mahiyyəti üzə çıxıb. pizza mizza
“Bəlli oldu ki, onların müzakirə edə biləcəyi hər hansı ciddi mövzu yoxdur. Göründüyü kimi bir nəfərin həyat tərzi müzakirə predmetinə çevrilir. Onun ətrafında müzakirəni açan Gültəkin Hacıbəyli qəribə bir davranış nümayiş etdirir. Milli Şuranın başqa bir üzvü isə onun fikrini daha dərinləşdirərək siyasətçiyə yaraşmayan ifadələr işlədir.
Daha sonra Müsavat və REAL partiyaları haqqında qeybət başlayır. Milli Şuranın sədri Cəmil Həsənli isə olanları seyr etməklə kifayətlənir. O görüntülərdən sonra Eldəniz Quliyevin istefasını doğru addım kimi qiymətləndirirəm. Qısası, düşünürəm ki, Milli Şura özünə çox ciddi zərbə vurdu”, - deyə deputat bildirib.
Telegram kanalımız