Milli Şuradan Mehman Əliyev və Natiq Cəfərliyə təhqirlər - Video

saytların hazırlanması

Evə çatdırılma

Milli Şuradan Mehman Əliyev və Natiq Cəfərliyə təhqirlər - Video

Siyasət

20 İyul 2020 20:09 1236


Milli Şuranın qapalı toplantısından daha bir şok video -parça yayılıb. Bu dəfə də bu qurumun rəhbərliyində olan şəxslərin siyasi -mənəvi göstəricilərinin düşüklüyü müşahidə olunur.

Onlar yenə üz-üzə gəldikləri, normal münasibətdə olduqları tanınmış insanların ünvanlarına alçaldıcı və təhqiramiz ifadələr işlədiblər. Yenə də biri deyib, digərləri daha da gücləndirib, sonra da qrup halında hırtıldayıblar.

"Turan" agentliyinin rəhbəri Mehman Əliyevi hakimiyyətə işləməkdə günahlandırıblar. REAL partiyasının liderlərindən olan Natiq Cəfərlini ən aşağı ifadələrlə təhqir ediblər... pizza sifarişi

Bir sözlə, hakimiyyət iddiasında olan bu məxluqlar bu və bundan əvvəllərdə hissə -hissə yayılan video-parçalar vasitəsi ilə tam ifşa olunublar. Bu illər ərzində hakimiyyət bunlara heç bu qədər zərbə vurmamışdı, nəinki özləri öz dilləri ilə özlərini bu qədər yaraladılar.

Buyurun, baxın. Milli Şura rəhbərləri yenə səhnədə, yenə kimlərisə təhqir edir, kimlərisə aşağılayır, üstündən də "qruppovoy" ...gülürlər. /Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!