Milli təhlükəsizlik qanunlarını pozanlar xarici ölkəyə qaçıb

saytların hazırlanması

Evə çatdırılma

Milli təhlükəsizlik qanunlarını pozanlar xarici ölkəyə qaçıb

Dünya

27 Dekabr 2020 10:12 771


Honq Konq polisi elan edib ki, milli təhlükəsizlik qanunlarını pozan 30-a yaxın şübhəli şəxs xarici ölkələrə qaçıb.

Yenisabah.az bildirir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat verib.

Məlumata görə, barələrində beynəlxalq axtarış elan edilən şübhəlilər Avropa, ABŞ və Tayvanda gizlənirlər. (APA) pizza sifarişi

Qeyd edilir ki, bu il 30 iyunda Çin Xalq Respublikasının parlamentində milli təhlükəsizliyin təmin edilməsi haqqında yeni qanun qəbul edilib. Hazırda Honq Kondqda yeni qanunu pozduğuna görə 40 nəfər saxlanılıb. Bunların arasında tanınmış media maqnatı Cimmy Lai də var. Onların heç biri barəsində hələ ki, məhkəmə qərarı yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!