“Milli uduzanda, səhəri gün çalışıram evdən elə çıxım ki, qonşular məni görməsin”

saytların hazırlanması

Evə çatdırılma

“Milli uduzanda, səhəri gün çalışıram evdən elə çıxım ki, qonşular məni görməsin”

İdman

23 Dekabr 2021 19:51 972


“Hər birimizin yaralı yeri milli komandadır. Onun vəziyyəti hər kəsi narahat edir”. 

Yenisabah.az xəbər verir ki, bunu PFL-in prezidenti Ramin Musayev deyib. İTV kanalında yayımlanan “Bol idman” verilişinin qonağı olan PFL prezidenti, millimizin uğursuz çıxışını baş məşqçi yox, futbolçularla əlaqələndirib:

“Canni de Byazi hələ ki, istədiyini ala bilmir. O məşqçi bir gün çıxıb gedəcək. Amma oyunçularımız yenə burada qalacaq. Mən futbol oynamıram, amma komandamız uduzanda, səhəri günü çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın. pizza sifarişi

Futbolçular da bunu düşünməli, narahat olmalıdırlar. Bu üzdən günahın əksəriyyətini futbolçularda görürəm. Çünki mübarizə aparmırlar. Biz döyüşkən millətik, bunu da sübut eləmişik. Amma futbolda bunu edə bilmirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!