“Millidə işləmək mənim üçün şərəf olar“ - Tərlan Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“Millidə işləmək mənim üçün şərəf olar“ - Tərlan Əhmədov

İdman

10 Aprel 2023 10:26 876


Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov adının milli komanda ilə hallanmasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, o. "Qarabağ"la bugünkü oyundan (1:3) sonra keçirilən mətbuat konfransında milli ilə bağlı sualı cavablandırıb: 

"Azərbaycan milli komandasında işləmək şərəfdir. Onun ağır günlərində biz oynamışıq. Zaman dəyişib. Mən təyinat alsam, layiqincə çalışacağam. Bir Azərbaycan vətəndaşı, oğlu, kişisi kimi. Yığmada milli mütəxəssis çalışmalıdır. Klublarımızın çoxunun səviyyəsi o qədər də yüksək deyil. Tək “Qarabağ”dan başqa. Konfrans Liqasında da görünür ki, ikinci mərhələdə dayanırıq. Bir neçə komandamız avrokuboklarda uğurlu çıxış etsə, sonra millimizin uğursuz çıxışı olarsa, adlı-sanlı məşqçi gətirmək mümkündür. Amma bizim klublarımız hələ o səviyyəyə çatmayıb. Mənə də etimad göstərilərsə, millidə işləmək şərəf olardı".  Sezar pizza

Qeyd edək ki, millimizin Avro-2024-ün seçmə mərhələsində hər iki oyunda böyükhesablı məğlubiyyətindən sonra yığmanın italiyalı baş məşqçisi Canni De Byazinin istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!