Millimiz Afinada Yunanıstanı darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Afinada Yunanıstanı darmadağın etdi

İdman

11 Oktyabr 2022 22:54 1048


Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

Yenisabah.az xəbər verir ki, millimiz VI qrupun ikinci turunda Yunanıstan seçməsinin qonağı olub. Afinadakı Teodoros-Putos idman zalında oynanılan matçda Azərbaycan yığması rəqibini 7:0 hesabı ilə məğlub edib. Millimizin heyətində Xətayi Bağırov və Qallo dubl ediblər. Rafael Vilela, Tyaqo Bolinya və Conatas Felipe hərəyə bir dəfə fərqləniblər.

Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!