Millimiz Avropa çempionatında iştirak etmədi   – Yoluxanlar var

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Avropa çempionatında iştirak etmədi – Yoluxanlar var

İdman

09 Dekabr 2020 13:25 947


Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət milli komandasının 3 üzvü koronavirusa yoluxub.

Yenisabah.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyənin Mersin şəhərində bu gün start götürəcək Avropa çempionatında iştriak etməyəcək.

Nümayəndə heyəti Mersinə yola düşməmişdən əvvəl koronavirus testindən keçib və bütün üzvlərin nəticəsi neqativ olub. Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrarən test götürür. Dominos pizza

Mersindəki testlərin nəticəsində Azərbaycanın 3 gimnastlnda koronavirus aşkarlanıb. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar.

Nümayəndə heyətinin digər üzvlərində Mersində ardıcıl olaraq götürülümş 2 testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər.

Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etmələri səbəbindən, yığma komanda yarışlarda iştirak etməmək məcburiyyətində qalıb.

Avropa çempionatı dekabrın 13-də yekunlaşacaq.

Yarışmada Azərbaycanı böyüklər kateqoriyasında - Murad Ağarzaev, Sərvar Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov və İvan Tixonov; "genclər" kateqoriyasında - Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirov təmsil etməli idilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!