Millimiz Avropa çempionatında mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Avropa çempionatında mübarizəyə başlayır

İdman

20 Avqust 2021 09:19 917


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşacaq.

Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. pizza mizza

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Avropa çempionatı

A qrupu

17:00. Azərbaycan - Belçika

Belqrad. "Stark Arena"

Qeyd edək ki, Azərbaycan millisinin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!