Avro-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi də bu gün meydana çıxıb.
Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Belçika yığmasını qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Bu qələbə ilə Belçika 10 xalla turnir cədvəlində liderliyə yüksəlib. pizza sifarişi
Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək.
Qeyd edək ki, millimiz keçirdiyi 4 oyundan sonra 1 xalla qrup sonuncusudur.
9 sentyabr
Avro-2024, seçmə mərhələ
5-ci tur
F qrupu
17:00 Azərbaycan - Belçika - 0:1
Qol: Karrasko, 38
Telegram kanalımız