Millimiz bu gün Latviya ilə üz-üzə gələcək

saytların hazırlanması

Evə çatdırılma

Millimiz bu gün Latviya ilə üz-üzə gələcək

İdman

07 İyun 2025 09:17 269


Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan Azərbaycanın futbol millisi bu gün növbəti yoxlama matçına çıxacaq.

Yenisabah.az xəbər verir ki, Fernando Santuşun komandası Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Toyuqlu pizza

Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Hazırda Latviya millisi FİFA-nın reytinq cədvəlində 138-ci yeri tutur. Azərbaycan komandası isə bugünkü rəqibindən 19 pillə öndə - 119-cu yerdədir.

Millimiz iyununda 10-da Bakıda Macarıstan komandası ilə də yoxlama oyunu keçirəcək. Bu, millimizin DÇ-2026 üçün son hazırlıq görüşü olacaq.

Əlavə edək ki, Azərbaycan millisi bu il keçirdiyi əvvəlki yoxlama matçlarının hər ikisində - Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!