Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, Canni De Byazinin kollektivi ilk ev oyununda Estoniyanı qəbul edib.
Oyunda hesabı Estoniya millisi açıb. İlk hissə qonaqların qələbəsi ilə başa çatıb. Fasilədən sonra millimiz bərabərlik qolunu vura bilib - 1:1. Sezar pizza
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Yığma növbəti matçını sentyabrın 9-da evdə Belçika seçməsinə qarşı keçirəcək.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun
Azərbaycan - Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Rauno Sappinen, 27
Telegram kanalımız