Millimiz İrəvandakı Avropa çempionatından imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Millimiz İrəvandakı Avropa çempionatından imtina etdi

İdman

27 Aprel 2022 13:06 347


Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib. 

ABF-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, yığıncaqda 21 - 31 mayda Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.

Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançıların boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib. Marqarita pizza

Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində medallar qazanıb. Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ölkənin boks tarixinin 10 il əvvəlki rekordunu təkrarlayıblar. Gənc boksçular arasında Avropa birinciliyində isə komanda 3 illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib. Yığma yarışı 1 qızıl və 1 bürünc medalla bitirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!