Bu gün Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayıb.
Yenisabah.az xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz ilk oyunda İsveçlə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb - 1:3. Pepperoni pizza
Bu oyun Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi kimi debüt qarşlışaması olub.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.
Millətlər Liqası, C liqası, 1-ci qrup
1-ci tur
5 sentyabr
20:00. Azərbaycan - İsveç - 1:3
Qollar: Renat Dadaşov, 81 - Aleksandr İsak, 65, 71, Viktor Qyökeres, 80
Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 45+7 (Azərbaycan)
Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (Macarıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu
Telegram kanalımız