Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı - Yenilənib

İdman

05 Sentyabr 2020 22:12 1334


C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız ilk oyunun da Lüksemburqla qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, italiyalı baş məşqçi Canni de Byazi millimizin baş məşqçisi kimi debüt oyununa çıxıb.

26-cı dəqiqədə Mahir Emreli rəqib futbolçunu vurduğu üçün qırmızı vərəqə alaraq millimizi azlıqda qoyub. Birinci hissənin sonunda Ramil Şeydayevin qolu ilə önə keçsək də, ikinci hissə başlar-başlamaz Lüksemburq millisi hesabı bərabərləşdirib. 72-ci dəqiqədə penaltidən fərqlənən rəqib matçın yekun hesabın təyin edib - 1:2 pizza mizza

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

20:00. Azərbaycan – Lüksemburq - 1:2

Qol: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48(avtoqol), Rodriges, 72(pen)

Qırmızı vərəqə: Mahir Emreli, 26

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Bakı Olimpiya Stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!