Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.
Yenisabah.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü turda qrup lideri Monteneqronun qonağı olub.
Monteneqro yığması ilk turda Kipr (2:0), ikinci turda isə Lüksemburq (1:0) üzərində qələbə qazanıb. pizza
Çempionatın birinci oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzan, ikinci turda isə Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edən millimiz bu dəfə 0:2 hesablı məğlubiyyətdən qaça bilməyib.
10 oktyabr
UEFA Millətlər Liqası
C liqası, 3-cü tur
1-ci qrup
17:00. Monteneqro – Azərbaycan 2:0
Qol: Yovetiç, 9, İvanoviç, 71
Hakimlər: Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)
Podqoritsa. Şəhər stadionu.
Telegram kanalımız