DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumata əsasən, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək. pizza mizza
Əvəzində millinin düşərgəsinə yeni oyunçu dəvət olunub. “Keşlə” klubunun müdafiəçisi Şəhriyar Əliyev komandaya qoşulub.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Telegram kanalımız