Millimiz seçmə mərhələyə darmadağınla yekun vurdu

saytların hazırlanması

Evə çatdırılma

Millimiz seçmə mərhələyə darmadağınla yekun vurdu

İdman

14 Aprel 2021 20:59 851


Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb.

Bakı İdman Sarayındakı görüş yığmanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Dördpendirli pizza

Matçda ilk qolu 3-cü dəqiqədə Fineo De Araujo vurub. 14-cü dəqiqədə qonaqların oyunçusu Qousis Panagiotis topu öz qapısından keçirib. 2 dəqiqə sonra İsa Atayev fərqi 3 topa çatdırıb. Görüşdə son nöqtəni isə 25-ci dəqiqədə Ramiz Çovdarov qoyub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran Azərbaycan millisi seçmə mərhələni qrup lideri kimi başa vurub. Yunanıstan yığması isə 1 xalla sonuncu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!