Millimiz seçmə mərhələyə qələbə ilə yekun vurdu

saytların hazırlanması

Evə çatdırılma

Millimiz seçmə mərhələyə qələbə ilə yekun vurdu

İdman

23 Fevral 2021 20:07 637


Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edib.

"ASK Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub. pizza

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!