Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, yığmamız A qrupunda 5-ci turda səfərdə İrlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. İlk hissəyə əlavə edilən dəqiqədə Emin Mahmudov möhtəşəm zərbə ilə millimizi önə keçirib. İkinci hissədə isə qonaqlar 87-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.
Yığmamız növbəti görüşünü sentyabrın 7-i Bakıda Portuqaliyaya qarşı keçirəcək. Dördpendirli pizza
Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan - 1:1
Qollar: Duffi, 87 - Emin Mahmudov, 45+1
Dublin. “Aviva” stadionu
20:00. Serbiya - Lüksemburq - 3:1 (İkinci hissə)
Qollar: Mitroviç, 22 (1:0), 35 (2:0), Thill, 77 (2:1), Şano, 81-avtoqol (3:1)
Telegram kanalımız