Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

İdman

28 Yanvar 2021 16:27 801


21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq Avro-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb.

Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb. Milan Obradoviçin baş məşqçisi olduğu komandamız Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq. Dominos pizza

Qeyd edək ki, seçmə mərhələnin oyunlarına martın 24-ü start veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!