Millimizin baş məşqçisi vəzifədən gedir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Millimizin baş məşqçisi vəzifədən gedir? - AÇIQLAMA

İdman

19 Yanvar 2021 14:58 708


Azərbaycan millisinin baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki tvitter hesabında yazıb. O yazıb:

"De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb". pizza sifarişi

Həmçinin bildirilir ki, italiyalı baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin nə AVRO-2016, nə də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib. Polşa seçməsi yanvarın 18-də Yeji Brjeçeki istefaya göndərib.

Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə 2022-nin yayında qədər müqaviləsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!