Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb.
"Yeni Sabah" xəbər verir ki, xorvatiyalı mütəxəssis özünün "Facebook" səhifəsi vasitəsilə yığmamızla sağollaşıb:
"Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya... İndi yeni fürsətlər üçün səbirsizlənirəm". pizza sifarişi
Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb. Ötən ay o tutduğu postdan istefaya göndərilib.
Telegram kanalımız