Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşa klubu "Visla"ya (Plotsk) transfer olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.
Klub Krivotsyuku ictimaiyyətə təqdim edib. Dominos pizza
Daha əvvəl yığmanın hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə 3+1 illik sözləşməyə imza atıb.
Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb. /Sport7.az
Telegram kanalımız