Millimizin futbolçuları koronavirus testindən keçdilər

saytların hazırlanması

Evə çatdırılma

Millimizin futbolçuları koronavirus testindən keçdilər

İdman

28 Avqust 2020 18:13 1243


Yeganə legioner Renat Dadaşovdan başqa bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, klublarının heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar. pizza mizza

Milli assosiasiya rəsmisi İsveçrə "Qrashoper"inə transfer olunan Renat Dadaşovun sentyabrın 1-nə keçən gecə Bakıya gələcəyini deyib.

F.Abdulla bütün milli üzvlərinin koronavirus testindən keçirildiyini söyləyib.

Qeyd edək ki, Əmir Ağayev ("Atromitos", Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyib.

Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə Kiprin qonağı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!