Millimizin futbolçusu evləndi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin futbolçusu evləndi

İdman

06 Yanvar 2021 00:42 1135


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və “Sabah” klubunun üzvü Ozan Can Kökçü ailə qurub.

Yenisabah.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland “Feyenord”unda forma geyinir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!