Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə bilər.
Yenisabah.az xəbər verir ki, “voetbalnieuws.be” saytı yerli çempionatda çıxış edən bir neçə klubun 24 yaşlı hücumçu ilə yaxından maraqlandığını yazıb.
Komandaların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Zülte-Varagem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib. pizza sifarişi
Qeyd edək ki, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunun da Mahir Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb. /Report
Telegram kanalımız