"Keşlə" növbəti transferini həyata keçirib.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, "Səbail"dən ayrılan Amil Yunanov "Keşlə"nin təklifinə "hə" deyib. Milli komandamızın da üzvü olan hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 28 yaşlı futbolçu son mövsüm "Səbail"in heyətində 20 görüşə çıxıb və 8 dəfə fərqlənməyi bacarıb. Dominos pizza
Telegram kanalımız