Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev hazırda Norveçin "Bude-Qlimt" klubunda baxışa dəvət edilib.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, bunu komandanın qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad mətbuata açıqlamasında deyib.
Məşqçi bildirib ki, 25 yaşlıp qolkiperi uzun müddətdir ki, izləyirlər və yaxından tanış olmaq üçün baxışa çağırıblar:
"Emilin son illər Qazaxıstan və Azərbaycan klublarında oynadığını bilirik. Mənə elə gəlir ki, onun yaxşı təcrübəsi var. Həmçinin Avropa çempionatının seçmə mərhələsinin son matçlarında Azərbaycan millisinin qapısını qoruyub. Yaxından tanış olmaq üçün onu bura dəvət etdik. Hələ ki, nə olacağını deyə bilmərəm, bunu sonra görəcəyik".
Qeyd edək ki, Emil Balayev qış fasiləsində Qazaxıstanın "Tobol" klubundan ayrılıb. Telegram kanalımız