Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi

İdman

25 Mart 2021 10:02 976


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliya ilə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin matçının ən yaxşı oyunçusu seçilib.

Yenisabah.az xəbər verir ki, “Whoscored” 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.

Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə yönəlib. Bunlardan altısı futbolçular tərəfindən bloklanıb, səkkizinin qarşısını isə qapıçı aldı. Dominos pizza

Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!