Millimizin Rusiya ilə oyunlarının nəticələri ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Millimizin Rusiya ilə oyunlarının nəticələri ləğv olundu

İdman

03 May 2022 09:24 413


Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.

Yenisabah.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar bu ölkənin qadınlardan ibarət millisinə də təsirsiz ötüşməyib.

Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu səbəbdən Rusiya millisinin apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə mərhələ oyunu da baş tutmayıb. Komandanın bütün nəticələri də qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!