Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasını bitirib.
Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Məlumata görə, son 5 mövsümü “Səbail”də keçirmiş yarımmüdafiəçi 34 yaşında futbolla vidalaşıb. pizza
Hazırda veteran oyunçunun karyerasını Bakı klubunda digər ampluada davam etdirməsi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120-si “dənizçilər”in payına düşür.
Telegram kanalımız