“Millimizin uğurlu çıxışı üçün sabah əlimdən gələni edəcəyəm“ - Mahir Emreli 

saytların hazırlanması

Evə çatdırılma

“Millimizin uğurlu çıxışı üçün sabah əlimdən gələni edəcəyəm“ - Mahir Emreli 

İdman

16 İyun 2023 12:43 812


“Karyeram baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib. 

O, sabah millimizin qələbə qazanması üçün əlindən gələni edəcəyini bildirib: "Son oyunlardakı nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir. Sabah meydana qələbə üçün çıxacağıq”.  Toyuqlu pizza

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!