Millimizin üzvü Almaniyada qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

Millimizin üzvü Almaniyada qol vurdu

İdman

23 Noyabr 2020 10:08 1496


Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0. pizza mizza

Nazarov da bu matçın iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Bundan iki dəqiqə sonra isə o, komandasının sonuncu qoluna imza atıb.

8 turdan sonra 12 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!