Millimizin üzvü koronavirusa görə Azərbaycana gəlməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Millimizin üzvü koronavirusa görə Azərbaycana gəlməyəcək

İdman

26 Avqust 2020 17:26 675


Almaniyada - "Ertsgebirge"də çıxış edən Dmitri Nazarov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.

Yenisabah.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib.

O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib: pizza hut

"Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".

Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!