Millimizin üzvü qazancını Ukrayna ordusuna bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Millimizin üzvü qazancını Ukrayna ordusuna bağışladı

İdman

26 Aprel 2022 12:56 512


Azərbaycanın qadın karateçisi İrina Zaretska 2 gün əvvəl Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində ikinci yeri tutduğu üçün qazandığı məbləği Ukrayna ordusuna bağışlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə idmançımız özü açıqlama verib. İrina bildirib: 

"Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən doğulduğum Ukrayna üçün döyüşmüşəm. Ona görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək etmək üçün ödəyəcəyəm. Hər töhfə kömək olur". pizza sifarişi

Qeyd edək ki, İrina Zaretska sözügedən turnirdə finalda italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb və 500 avro pul mükafatı əldə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!